ELDAR ƏZİZOVUN ADAMI AYAQQABISINI İŞÇİSİNƏ TƏMİZLƏTDİRİR – FOTO

ELDAR ƏZİZOVUN ADAMI AYAQQABISINI İŞÇİSİNƏ TƏMİZLƏTDİRİR – FOTO
  • Araşdırma / Siyasət

  • Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Qaradağ rayon üzrə yaşıllıq sahəsinin rəisi Əhliman Alıyevin otağında işçisinə ayaqqablarını təmizlətdiyi üzə çıxıb. 

    Asiya.az xəbər verir ki, bu barədə həmin qurumun əməkdaşı Şakir Allahverdiyev məlumat yayıb.
    Onun sözlərinə görə, sahə rəisi Əhliman Alıyevə gözəl şərait yaradan rəhbərlik 100-dən artıq sosial kart, 12 əmək kartı və s. imtiyazlar tanıyıblar. Redaksiyamıza təqdim olunan şəkillərdən birində isə göründüyü kimi, BŞİH rəhbəri Eldar Əzizovun birliyə təyin etdiyi Mirdamət Seyidov həmin sahə rəisi Əhliman Alıyevə təşəkkür edərək fəxri fərmanda verib.
    Adı çəkilən Əhliman Alıyev mətbuata yad adam deyil. Bir neçə il öncə Binəqədi hadisələrində adı keçib. Sakinlərə qarşı zorakılıq və kobudluq etməyi ilə yadda qalıb.

    Həmin hadisələr zamanı Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin təşəbbüsü ilə vəzifədən kənarlaşdırılıb.
    Sonradan Birliyin sabiq baş direktoru Həsrət Əmrahovun sərəncamı ilə Qaradağ rayon yaşıllıq sahəsinin rəisi vəzifəsinə təyinat ala bilib. Məlumatı verən idarə əməkdaşı Şakir Allahverdiyevin sözlərinə görə Əhliman Alıyevlə sabiq baş direktor Həsrət Əmrahovun yaxın münasibətləri olub. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


    PAYLAŞ:

    Oxşar xəbərlər