"Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz” - Deputat sərt danışdı

"Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz” - Deputat sərt danışdı
  • Siyasət

  • Azərbaycan Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışıb. Ölkə başçsı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi Gədəbəydə baş verən hadisələrə görə sərt tənqid edib. Prezident bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. Eyni zamanda İlham Əliyev qeyd edib ki, Azərbaycan polisinə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.

    Bununla bağlı Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlama verib.

    O bildirib ki, ölkə başçısının Gədəbəy hadisələri ilə bağlı səsləndirdiyi fikirlər hər kəsin ürəyincə oldu:

    "Hər kəs qəlbində düşünürdü ki, Cənab Prezident onlar kimi fikirləşir. İnsanlar haqlarını tələb edirdilər. Ancaq zamanında onların səsi eşidilməmişdi. Gədəbəy hadisələrinin başladığı zaman da buna bənzər açıqlamalar verdim. İnsanların səsinə, qayğılarına laqeyd yanaşıldığını dedim. Ölkə başçısı da xalqın ürəyindən keçənləri dedi. Bununla bərabər təxribat törətmək, xaos yaratmaq istəyənləri qınadı. Mən də onun bu fikrinə qoşuluram. Sanki bu ölkədə növbədə dayanıb gözləyirlər ki, bir hadisə baş versin, onu dövlətin əleyhinə istifadə edə bilsinlər. Bu insanları qınamaq lazımdır. Onların bu hərəkətləri cinayət elementləri daşıyır”.

    Razi Nurullayevin sözlərinə görə bir çox dövlət orqanlarında insanların qayğılarına problemlərinə laqeyd yanaşılır:

    "Onlar niyə insanlarla bu cür davranır? Niyə insanların səsini zamanında eşitmək istəmir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi normal işləyən qurumlardan biri kimi tanımışam. Cənab nazir Muxtar Babayevi də çox mədəni, işini bilən biri kimi tanıyıram. Amma nazirliyin müxtəlif agentliklərində doğurdan da işləri bərbad edən, şəxsi maraqlar güdən insanlar var. Mən bir çox problemləri orda olan rəsmi şəxslərə çatdırmışam. Çünki onlar çox ciddi qanunsuzluqla məşğuldurlar. Onların qanunsuz, fırıldaqçı hərəkətlərinə heç cür qazandırmaq olmaz”.

    Deputat hesab edir ki, ola bilsin, Gədəbəy hadisələrində Ekologiya Nazirliyinin arxayınlığı bunda olub ki, xarici şirkət həmişə ekoloji problemlərə daha həssas olur:

    "Onlar müxtəlif texniki əsaslandırmalar həyata keçirməli, insanların səsini zamanında eşitməli idilər. Ekologiya Nazirliyinin burada səhlənkarlığı olub. Cənab Prezident də çıxışında bunları nəzərə çatdırıb”.
    Şəbnəm Zahir
    PAYLAŞ:

    Oxşar xəbərlər