Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər cərimələndi - FOTO

Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər cərimələndi - FOTO
  • Masallı / Sosial

  • Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

    Ərazinin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.




    PAYLAŞ:

    Oxşar xəbərlər