Asiya.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.