Günün istənilən saatında xidmətə hazır olan "Nar”ın "777” Çağrı mərkəzinə son altı ayda 800 minə yaxın abunəçi müraciəti daxil olub və orta hesabla onlara 2 dəqiqə ərzində cavab verilib. Ötən illə müqayisədə məmnunluq göstəricisi 2 % artaraq 91,4 % olub.
1 milyondan çox abunəçi isə müraciətini "Nar+” tətbiqi vasitəsilə edib. Onların orta hesabla 87,4 %-i bu tətbiq üzərindən rahat şəkildə cavab alıblar. Bundan başqa, "Nar”ın sosial media komandası 40 mindən çox ismarıca operativ reaksiya verib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Müştəri təcrübəsinin hər zaman yüksəldilməsinə diqqət yetirən "Nar” davamlı olaraq abunəçilər üçün daha rahat istifadəyə yönəlik təkmilləşdirmələr aparır.
Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.