Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?

Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?
  • Cəmiyyət / Araşdırma

  • Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

    Bəs, qiyamçı polkovnik ləqəbi ilə tanınan Surət Hüseynov əslində kimdir?
     


    Asiya.az onun bioqrafiyasını oxuculara təqdim edir:

    Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət edib. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləyib. 
     
    Ermənistanın Azərbaycana hərbi təcavüzünün ardından o, 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. Yaratdığı batalyon qısa zaman ərzində müharibənin gedişatında önəmli rola sahib olub. 

    Məhz buna görə, o zamanki prezident Əbülfəz Elçibəy onu Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə təyin edib. S.Hüseynovun batolyonu 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Gülüstan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad etməyə nail olub. Bu xidmətlərinə görə, 9 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
     


    Onu Azərbaycan xalqına daha çox tanıdan çıxartdığı qiyam olub. Belə ki, 4 iyun 1993-cü ildə Elçibəy hakimiyyətinə qarşı qiyam qaldıraraq, ölkəni vətəndaş müharibəsinin astanasına gətirib. Onun bu cəhdindən sonra o zamanki prezident Əbülfəz Elçibəy Naxçıvan Ali Məslicinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

    Surət Hüseynovun bu addımı onun baş nazir vəzifəsinə təyin edilməsinə qədər qaldırıb. Ancaq qiyamçı polkovnik bu vəzidə də çox qalmayıb. O, 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

    Bundan sonra S.Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Ancaq onun bu cəhdi baş tutmayıb və ardınca Rusiyaya qaçıb. 

    Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. 

    Surət Hüseynov 2004-cü ildə həbsdən azad edildikdən sonra xarici ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə bizneslə məşğul idi. Hazırda da onun məhz biznes fəaliyyəti ilə bağlı İstanbula getdiyi bildirilir.
    Ayşən 
    PAYLAŞ:

    Oxşar xəbərlər