Zamiq Yunisov “MHUİB”-in fəaliyyəti haqqında açıqlama verdi

Zamiq Yunisov “MHUİB”-in fəaliyyəti haqqında açıqlama verdi
  • Siyasət

  • İnterval.Az-a açıqlamasında İnterval.Az–ın baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib   “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi könüllü üzvlük və hüquq bərabərliyi prinsiplərinə əsaslanan, musiqili əsər müəlliflərin hüquqlarının qorunması, onlara müxtəlif istifadəçilər tərəfindən ödənilməli olan qonorarların yığılması və müəlliflər arasında bölünməsi, musiqili əsər müəlliflərinin hüquqlarını pozan şəxslərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması məqsədilə yaradılmışdır.Bu funksiyalar Azərbaycan Respublikasının Konstitusiyasında və “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında”,“Müəlliflik hüququ və əlaqəli hüquqlar  haqqında”,Azərbaycan Respublikası qanunlarında və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə nəzərdə tutulur.
    “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi 16 iyun 2021-ci il tarixdəAzərbaycan Respublikası Ədliyyə Nazirliyində yeni dəyişiklərlə dövlət qeydiyyatına alınmış və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununun 41.3-cü maddəsinin tələbinə uyğun olaraq,əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikası Əqli Müqlkiyyət Agentliyində 27 dekabr 2021-ci ildə  qeydiyyatdan (akkreditasiyadan) keçmiş və təşkilata şəhadətnamə verilmişdir.
    Hazırda 300-ə yaxın üzvü olan Birlik öz fəaliyyətinə – musiqili əsər müəlliflərin əmlak hüquqlarının təmin edilməsi və bununla əlaqədar həmin hüquqların kollektiv əsasda idarə edilməsi ilə bağlı zəruri işlərə (bildiriş və məktubların göndərilməsi, müqavilələrin bağlanması və s.) başlanılmışdır.
    “Müəllif Hüquqları Uğrunda”İctimai Birliyi musiqili əsər müəlliflərinin hüquqlarının təkcə Azərbaycanda deyil, ölkə xaricində də qorunması üçün müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq etməyi planlaşdırır. Bu məqsədlə təşkilatın yaxın vaxtlarda beynəlxalq əlaqəli qurumlarla layihələr həyata keçirməsi, müəllif hüquqlarının qorunması və inkişaf etməsi üçün digər xarici təşkilatlarla birgə monitorinqlər aparması və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur. Və onuda qeyd edək ki, artıq Türkiyə,Rusiya,Özbəkistanla əməkdaşlıq müqavilələri bağlanmışdır.
    Kollektiv təşkilat olaraq, bildiririk ki, musiqili əsər müəlliflərinin hüquqlarının qorunması sahəsində bütün əlaqəli orqan və təşkilatlarla əməkdaşlıq etməyə hazırıq.İnterval.Az-a açıqlamasında İnterval.Azn baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib
    Ayla Qafqazlı 
    PAYLAŞ:

    Oxşar xəbərlər