General işdən çıxarıldı

General işdən çıxarıldı
  • Manşet / Siyasət

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

    Asiya.az "qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

    Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər