Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
  • Araşdırma / Siyasət

  • Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Asiya.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - Nazirlikdən qeyd edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər