Artıq "Nar” abunəçiləri NaviMax tətbiqi ilə izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə nəzarət edə bilərlər.
Xidmətə qoşulmaq üçün ilk olaraq, "App Store” və ya "Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz. Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz. Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər.
NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.