İsrail Suriyanın hava limanına silahlı hücum etdi: Ölən və yaralanan olmayıb

İsrail Suriyanın hava limanına silahlı hücum etdi: Ölən və yaralanan olmayıb
  • Siyasət

  • İsrailin Suriyanın Hələb hava limanına hücumu nəticəsində hava zolağına dəyən ziyan nəticəsində hava limanının xidmətdən çıxdığı bildirilib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya rəsmi xəbər agentliyi məlumat yayıb.

    Belə ki, Aralıq dənizindən havaya qalxan İsrail döyüş təyyarələrinin yerli vaxtla saat 04:30 radələrində Hələb hava limanına hücum etdiyi bildirilib.
     
    Hücum nəticəsində uçuş zolağına dəyən ziyan nəticəsində hava limanının xidmətdən çıxdığı bildirilib.
     
    İsrail hökuməti hücumla bağlı rəsmi açıqlama verməsə də, ölən və ya itki barədə məlumat verilməyib.

    2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində İsrail Suriyada İranın dəstəklədiyi qüvvələrə, Livan Hizbullahına və Suriya ordusunun mövqelərinə yüzlərlə hava hücumu həyata keçirib.

    İsrail Hələb hava limanına bu ilin may ayında bir, mart ayında isə iki dəfə hava zərbələri endirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər