Məhkum jurnalisti aclığa vadar edən nədir?

Məhkum jurnalisti aclığa vadar edən nədir?
  • Cəmiyyət

  • Hələ məhkum olunmadan öncə dəqiq hədəfi və kəskin yazıları ilə tanınan jurnalist Calal Məhəmməd çoxlarınızın xatirimdədir.
    Cəlal jurnalist fəaliyyəti dövründə daima dövlətinə və dövlətçiliyə sadiq, prezidentinə sədaqətlə xidmət göstərən qələm sahiblərindən olub. 
    Hətta xaricdə oturub, Azərbaycan və ölkə rəhbərinin özünün, ailəsinin ünvanına nalayiq ifadələrlə dolu çıxışlar yağdıran Orduxan ilə davamlı söz savaşına çıxıb, layiqli cavab verirdi.

    İndi bir neçə ildən sonra bu fikirləri xatırlamağımız heç də boşuna olmadığını siz oxucularımıza açıqlayacayıq.
    2019-cu ilin avqust ayında həbs olunmuş Cəlal Məmmədov, ona kəsilmiş cəzanın artıq 4/3-nü başa vurub. 
    Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkumluq dövründə nümunəvi davranış və qaydalara əməl edən hər bir məhkum cəzasının çəkilməmiş hissəsini, yəni 4/3-ü şərti azadlıqda tamamlama hüququna sahibdir. Lakin nədənsə bu hüquq C.Məmnədov üçün tanınmır. 

    Dərinə getdiyimizdə məlum oldu ki, C.Məmmədovun Penitensiar Xidmət İdarəsində saxlanan şəxsi işinə müxalifətçi, islah olunmağa az meyilli, intihara meyilli, əməkdaşlara hücum edən birisi və.s kimi həqiqəti əks etdirməyən hərəkətlərlə dolu cəfəngiyat xasiyyətnamə əlavə olunub. Halbuki, qeyd olunan halların heç biri C.Məmmədova aid olmayan əsassız ittihamlarır. Özünə qarşı irəli sürülən və həqiqəti əks etdirməyən belə hallara qarşı mübarizə aparmağa gücü yetməyən C.Məmmədov haqq səsini duyurmağı aclıq etməkdə tapdı. 
    Doğru, onun bu etirazı nə qədər davam edəcək, bilmirik. Bildiyimiz bir həqiqət var ki, C.Məmmədov əqidəsi və həqiqəti ugrunda ölüm aclığını davam etdirməyə qərarlıdır.
    Allah köməyi olsun.
    Tərifə Maqsudova.
    PAYLAŞ:

    Oxşar xəbərlər