Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yaydığı məlumata görə, o, milli çempionatlarda ən çox qol vuran futbolçu adına yiyələnib.
38 yaşlı hücumçu buna "Əş-Şabab”a 4:0 hesabı ilə qalib gəldikləri Səudiyyə Ərəbistanı çempionatının IV tur matçında dubl etməklə nail olub.
Bu, Ronaldonun milli çempionatlarda 516 və 517-ci qolları olub. Portuqaliya millisinin üzvü hərəyə 515 dəfə fərqlənən Yozef Bitsan və Ferents Puşkaşı geridə qoyub.