Araikdən sonra qondarma rejimin "başçı"sı o oldu - Şahramanyanın DOSYESİ

Araikdən sonra qondarma rejimin "başçı"sı o oldu - Şahramanyanın DOSYESİ
  • Siyasət

  • Xəbər verdiyimiz kimi, separatçıbaşı Arutyunyan istefa verdi və onu Samvel Şahramanyan əvəzləyib. 

    Asiya.az xəbər verir ki, Şahramanyan "dövlət naziri" Qurgen Nersisyanın da istefasından sonra tam olaraq qondarma rejimin rəhbəri vəzifəsini daşıyır.

    Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. Qarabağdakı separatçı dəstənin "milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

    Hərbi rütbəsi general-mayordur. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə "xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra "vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla "general-mayor” olub.

    Onu da qeyd edək ki, cari ilin martın 1-də Samvel Şahramanyan Azərbaycan tərəfi ilə Xocalı dialoqunda iştirak edib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər