Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
  • Masallı / Hadisə

  • Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.
    ***
    Saat 18:43
    Masallıda qətl hadisəsi baş verib.
    APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlərlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.
    DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün tədbirlər görülür.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər