"Lotu Quli"nin qardaşı oğlunun avtomobili atəşə tutuldu: 1 ölü, 3 yaralı

"Lotu Quli"nin qardaşı oğlunun avtomobili atəşə tutuldu: 1 ölü, 3 yaralı
  • Hadisə

  • Mərhum azərbaycanlı mafiya başçısı Nadir Səlifovun (Lotu Quli) qardaşı oğlunun avtomobili İstanbulda atəşə tutulub.
     
    Asiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə saat 22:30 radələrində Beylikdüzü Kavaklı Məhəlləsində Lotu Quli ləqəbli Nadir Səlifovun qardaşı oğlu Maqamet Kurbanovun avtomobili atəşə tutulub.  

    Avtomobili naməlum şəxslərin idarə etdiyi başqa bir avtomobil izləyib. Bir müddət sonra həmin şəxslər maşına yaxınlaşaraq ona tərəf bir neçə dəfə atəş açmağa başlayıblar.
     
    Güllə yağışına məruz qalan və 19 güllə dəyən avtomobil yolun ortasındakı yol nişanı dirəyinə çırpılaraq dayanıb.
     
    Güllələrdən sonra avtomobildə olan təqaüdçü polis əməkdaşı Yılmaz Dəmir həyatını itirib, Qurbanov, Acermen və Orucov isə yaralanıb.
     
    Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən, həyatını itirən təqaüdçü polis əməkdaşı Yılmaz Dəmirin cəsədi təcili yardıma mindirilərək Ədliyyə Tibb Morquna aparılıb. Hücum zamanı ətrafa iyirmidən çox güllə gilizləri səpələnib.

    Qeyd edək ki, "Lotu Quli" ləqəbli məşhur mafiya lideri Nadir Səlifov 2020-ci ildə Antalyada otellərdən birində nahar etdiyi dostu tərəfindən başından güllə ilə vurularaq öldürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər