Masallıda ictimai iştirakçılıq sahəsində seminar keçirildi

Masallıda ictimai iştirakçılıq sahəsində seminar keçirildi
  • Masallı / Sosial

  • 28 sentyabr 2023-cü ildə Masallı şəhərində  “Tərəqqi”gəncliyin inkişafı  ictimai   birliyi tərəfindən   “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin ilk seminarı  keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 01 avqust 2023-cü ildən  30 oktyabr   2023-cü ilə qədər dövrü əhatə edir.

    Bu barədə  məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, tədbir Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə 20 nəfər gəncin iştirakı ilə keçirilimişdir. Layihənin məqsədi  regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir. Son dövrlər dünyada gedən qloballaşıma şəraitində Azərbaycan Respublikasında aparılan islahatlar gənclərimizin ictimai iştirakçılıq sahəsində fəaliyyətinin gücləndirilməsini zəruri etmişdir. Bunlardan dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu ictimai iştirakçılıq haqqında qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması aid olunmalıdır. Həmçinin  nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumların yaradılmasında, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasında, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsində cəmiyyətin, o cümlədən onun fəal kəsimini təşkil edən gənclərin iştirakını zəruri etmişdir. Tədbirin  sonunda iştirakçılara sertifikatlar  təqdim edilmişdir. 

    Tədbir müstəqil   ekspert  Afiq Məlikov tərəfindən idarə olunmuşdur. 

    “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi


    PAYLAŞ:

    Oxşar xəbərlər