"Qənirə Paşayeva gərgin iş rejimində çalışırdı"- Millət vəkili

"Qənirə Paşayeva gərgin iş rejimində çalışırdı"- Millət vəkili
  • Siyasət

  • Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva dünən müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

    Asiya.az xəbər verir ki, mərhum millət vəkili bu gün 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

    Vida mərasimində millət vəkilinin kolleqaları, onu sevənlər iştirak edib.
     
    Millət vəkili Musa Qasımlı Qənirə Paşayevanın gərgin iş rejimində çalışdığını deyərək bunları deyib:
     
    "Qənirə xanım çox dəyərli millət vəkilimiz idi. Çox şalışqan, zəhmətkeş insan idi. Məkanı behişt olsun".
     
    Səhhətində olan hər hansı problemlərlə bağlı heç bir vaxt danışmadığını deyən millət vəkili bunları əlavə edib:
     
    "Qənirə xanım çox çalışqan və gərgin iş rejimində çalışan biri, dəyərli insan idi. Hamıya başsağlığı verirəm. Allah rəhmət eləsin".
     
    PAYLAŞ:

    Oxşar xəbərlər