Lənkəranda avtomobil 18 yaşlı qızı vurub

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub
  • Lənkəran / Hadisə

  • Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.
    Asiya.az-ın məlumatına görə, hadisə şəhərin Həzi Aslanov xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 - ci il təvəllüdlü Fatimə Kəramət qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər