Lənkəranda şəhid Yusif Xəlilovla vida mərasimi keçirilib - FOTO

Lənkəranda şəhid Yusif Xəlilovla vida mərasimi keçirilib - FOTO
  • Lənkəran / Manşet / Sosial

  • Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilovla Lənkəran rayonunda vida mərasimi keçirilib.

    Asiya.az report-a istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), tank komandiri gizir Y.Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib.

    Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib.

    Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

    Üçrəngli bayrağa bükülən tabutu önündə şəhidin ruhuna duallar oxunub.

    Qeyd edək ki, şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biridir.
    O, ailəlidir, iki qız övladı var.

    Xatırladaq ki, sentybarın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

    23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub.
     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər