Xalq artisti Yasin Qarayevin kitabının təqdimatı keçiriləcək

Xalq artisti Yasin Qarayevin kitabının təqdimatı keçiriləcək
  • Mədəniyyət

  • 12 oktyabr saat 14:00-da Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illik yubileyinə həsr olunan "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi keçiriləcək. 

    Asiya.az xəbər verir ki, Professor İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınmış, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollar barədə bəhs olunmuşdur. 

    "Alın yazısına inam" adlı kitabda həmçinin Yasin Qarayevin insani keyfiyyətləri, yaradıcı xüsusiyyətləri haqqında müəllifin şəxsi müşahidələri, fikirləri, aktyorun ailə üzvləri, həmçinin sənət dostları ilə şəkilləri yer almışdır. 

    Literpress nəşriyyatında çap olunan kitabın redaktoru Cavid Rəhimli, tərtibatçı rəssamı İlham Əzizoğlu, fotoların müəllifi isə Əli Əliyevdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər