İnternat məktəbində "Mən təbiətin dostuyam” adlı tədbir keçirilib - FOTO

İnternat məktəbində "Mən təbiətin dostuyam” adlı tədbir keçirilib - FOTO
  • Sosial

  • Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində "Mən təbiətin dostuyam” adlı interaktiv tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir zamanı məktəblilər üçün hazırlanmış "Uşaqlar üçün təbiətdə davranış qaydaları”na həsr olunmuş maarifləndirici təqdimat nümayiş etdirilib. Məktəblilərə yaşıllıqların, bioloji müxtəlifliyin qorunmasının vacibliyi, tullantıların düzgün idarə olunması, o cümlədən təbiətdə davranış qaydaları barədə geniş məlumat verilib.

    Ətraf mühitə diqqət, təbiətə sevgi və marağın artırılması məqsədi daşıyan tədbirdə uşaqların sualları cavablandırılıb. Sonda uşaqlar üçün əyləncəli musiqili proqram təşkil olunub.
     
    İnternat məktəbində "Mən təbiətin dostuyam” adlı tədbir keçirilib (FOTO)
     
    İnternat məktəbində "Mən təbiətin dostuyam” adlı tədbir keçirilib (FOTO)
     
    İnternat məktəbində "Mən təbiətin dostuyam” adlı tədbir keçirilib (FOTO)
     
    PAYLAŞ:

    Oxşar xəbərlər