“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
  • Sosial

  • "Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə dəstək olmaq məqsədilə, "Netty” ilə əməkdaşlığını davam etdirir. "Netty” münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini və mühüm veb-resurslarını mükafatlandırırlar.
     
    Asiya.az xəbər verir ki, müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihənizi aşağıdakı 9 nominasiya üzrə təqdim edə bilərsiniz:
    Dövlət və Elektron Cəmiyyət
    Sosial məsuliyyət və cəmiyyət
    Biznes və sahibkarlıq
    Maliyyə və banklar
    Elektron ticarət və kommersiya
    Elm, təhsil və innovasiya
    Səhiyyə, idman və turizm
    Məlumat və xəbərlər
    Mədəniyyət və incəsənət

    Hər nominasiyanın 3 alt kateqoriyası var:  Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr 2023 tarixidir.
     
    "Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən "Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. "Netty” mükafatı ilə tərəfdaşlıq "Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. "Nar”ın layihələri haqqında daha ətraflı: nar.az/projects
     
    Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər