Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri nazir müavini təyin edildi

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri nazir müavini təyin edildi
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Manşet / Siyasət

  • Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

    Asiya.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Tarqulu oğlu Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

    Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər