Dünyanın ən çox qazanan idmançıları kimlərdir? - Forbes AÇIQLADI

Dünyanın ən çox qazanan idmançıları kimlərdir? - Forbes AÇIQLADI
  • İdman / İqtisadiyyat

  • Dünyanın ən çox maaş alan idmançılarının adları açıqlanıb.

    Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın ən çox oxunan jurnallarından biri olan "Forbes” 2023-cü ildə idman sahəsində ən çox qazanan idmançıların adlarını açıqlayıb. 

    "Forbes” 2023-cü ilin ən çox qazanan idmançıları siyahısında ilk 3 yeri məşhur futbolçulara verdiyi məlum olub. Birinci yerdə 247 milyon avro qazanc ilə Kriştiano Ronaldo qərarlaşıb. Lionel Messi 128 milyon avro ilə ikinci, Neymar isə 106 milyon avro ilə siyahıda üçüncüdür.

    Sıralamada ilk 5-likdə yer alan digər idmançılar Amerika Basketbol Liqasının (NBA) komandalarından olan "Los Angeles Lakers”ın ulduzu LeBron Ceyms (119,5 milyon dollar) və "Kanelo” ləqəbli meksikalı boksçu Saul Alvares (110 milyon dollar) olub. 

    Ötən il tennisdən uzaqlaşmasına baxmayaraq, İsveçrəli Rocer Federer 95,1 milyon dollar gəlirlə siyahıda ilk 10-luqda qərarlaşıb.

    Harri Kane,Sadio Mane, Mohamed Salah, Karim Benzema da bu idmançılar sırasına adlarını yazdırmağı bacarıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər