Xamenei İsrail və ABŞ-ı təhdid etdi

Xamenei İsrail və ABŞ-ı təhdid etdi
  • Siyasət

  • İranın Dini Lideri Ayətullah Əli Xamenei İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı açıqlama verib.

    Asiya.az
    xarici mətbuata istinadən xəbər verir ki, elm, mədəniyyət, incəsənət və idman sahələrində ölkədə ciddi uğurlar qazanan şəxslərlə bir araya gələn İranın dini lideri Ayətullah Əli Xamenei İsrailə qarşı təhdid dolu cümlələr işlədib.

    Xamenei çıxışında "Ziyalılar və elm adamları zalımın harınlığına, məzlumun aclığına dözməsinlər. "Qəzza ilə bağlı hər kəsin öz məsuliyyəti var və bu qətllərə reaksiya vermək bizim borcumuzdur" deyə bildirib.

    İsrail rejiminin mühakimə olunmasının vacibliyini vurğulayan Xamenei, "Fələstinə gəlincə, "sionist rejim"in törətdiyi soyqırımı bütün dünyanın gözü qarşısındadır və edilənləri bütün dünya görür. Cəmi bir neçə gün ərzində minlərlə fələstinli öldürüldü. Bu, bütün dünya insanlarının gözü qarşısında baş vermiş cinayətdir. "Sionist rejim" mühakimə olunmalıdır.

    Xamenei, İsrailin hücumları davam edərsə, müsəlman müqavimət qüvvələrini heç kim dayandıra bilməyəcək deyərək Qəzzada partlayışlar dərhal dayandırılmasını istəyib. Buna görə müsəlmanlar qəzəblidirlər. Bu qəzəbin son nümunəsini təkcə İslam ölkələrində deyil, bəzi Avropa və Qərb ölkələrində də gördük.

    Xamenei son hücumlara görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib: "Son bir neçə gün və həftələrdə "sionist rejim"in indiki siyasəti və hücumları ABŞ tərəfindən idarə olunur".
    PAYLAŞ:

    Oxşar xəbərlər