“Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi deputat əmisi qızına güvənib vəzifəsindən sui-istifadə edir” - ŞİKAYƏT/FOTOLAR

“Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi deputat əmisi qızına güvənib vəzifəsindən sui-istifadə edir” - ŞİKAYƏT/FOTOLAR
  • İqtisadiyyat / Araşdırma

  • “İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ancaq Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur ki, buna görə çox narahatam.”

     

    Bu sözlər Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətində dispetçir vəzifəsində işləyən Kürdəmir rayon Qarasu kənd sakini Quliyev Taqət Sakit oğlu tərəfindən Asiya.az xəbər portalına göndərilən ŞİKAYƏT məktubunda yazılıb. 

     

    Şikayətçi Taqət Quliyev qeyd edir ki, Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev işlədiyi müddətdə dövlətin ayırdığı vəsaiti talan etməsi barədə çoxsayda subutlar olsada indiyə qədər onun barəsində heç bir tədbir görülməyib. Bunun səbəbi isə onun yüksək vəzifələrdə çalışan yaxın qohumları tərəfindən himayə olunmasıdır. 

     

    “Fateh Ağayevin qardaşı Səbuhi Ağayev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, əmisi qızı Əminə Ağazadə isə Milli Məclisin deputatıdır.” 

     

    Şikayətçi daha sonra yazır.

     

    “Rəis Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus iki avtomaşını qanunsuz olaraq sökülərək detallarını satdırıb. Yanğın söndüən avtomobilin üzərindəki böyük nərdivanı başqa şəxsə satmışdır. Bunu isə onunla əsaslandırır ki, nərdivanı satıb idarənin mətbəxinə mebel almışam. Halbuki mətbəxin təmiri və mebellə təmin edilməsi üçün işçilərdən pul yığılıb.

     

    Dövlət tərəfindən ayrılan yanacaqlar satdırılır, öz şəxsi avtomobillərində istifadə edilir. İdarəyə gələn bütün təminatlar pulla satılır.

    Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin korrupsiya əməlləri barədə etdiyim şikayətlərdən sonra mənə qarşı qərəzçilik aparır. Hətta bu ədəbsiz rəis məni təhqir edib deyir ki, mayor rütbəm sənin filan yerindən böyükdür.

     

    10 ildən çox müddətdir ki, Fateh Ağayev Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi vəzifəsində işləyir. Bu müddət ərzində o dövlətin ayırdığı vəsaiti talan edib, idarədə nizam-intizam pozuntusuna yol verib. Buna görə zəruriyyət var ki, Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin fəaliyyəti tam, hərtərəfli və obyektiv araşdırılıb qanuna müvafiq tədbirlər görülsün.

    Əlaqə telefonu; 050 835-82-38







    Asiya.az xəbər portalı olaraq məqalədə adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər