Masallıda sürücü sükan arxasında ürək tutmasından ölüb

Masallıda sürücü sükan arxasında ürək tutmasından ölüb
  • Cəlilabad / Masallı / Sosial

  • Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.

    Asiya.az xəbər verir ki, hadisə oktyabrın 20-də, saat 22 radələrində qeydə alınıb.

    Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.

    DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər