Cənub bölgəsində gənclərin ictimai iştirakçılığı ilə bağlı layihə yekunlaşıb - FOTO

Cənub bölgəsində gənclərin ictimai iştirakçılığı ilə bağlı layihə yekunlaşıb - FOTO
  • Cəlilabad / Masallı / Lənkəran / Lerik / Astara / Sosial

  • 19-24 Oktyabr 2023-cü il tarixlərində Lerik və Cəlilabad rayonlarında “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin sonuncu seminarları keçirilmişdir.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 01 avqust 2023-cü ildən 30 oktyabr 2023-cü ilə qədər dövrü əhatə edir.
         
    Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, tədbirlərin hər birində 20 nəfər gəncin iştirakı ilə keçirilimişdir. Layihənin məqsədi  regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir. Seminarlar zamanı iştirakçılara ictimai qınaq nədir? , ictimai iştirakçılığın məqsədi, prinsipləri , formaları vətəndaş cəmiyyəti institutları , ictimai şura nədir? , vətəndaşların təşəbbüs qruplarının yaradılması qaydaları , ictimai şura nədir? , ictimai şuralarda təmsilçiliyin faydaları , onun hüquqları, vəzifələri, seçkilərin təşkili , fəaliyyət prinsipləri, əməkdaşlıq istiqamətləri, ictimai nəzarət nədir? , onun etik standartları , ictimai müzakirələr və ictimai dinləmələr mövzularında gənclərə məlumatlar verilmişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar  təqdim edilmişdir. Layihə dövründə beş rayonda-Masallı, Lənkəran, Astara, Lerik və Cəlilabad rayonlarında seminarlar keçirilmişdir, 102 nəfər gənc maarifləndirilmişdir ki, onlardan 61 nəfərini qadınlar təşkil etmişdir. Layihə çərçivəsində gənclərin bu sahədə şəbəkələşməsi və layihənin davamlılığı üçün facebook sosial şəbəkəsində  Gənc İctimaiyyətçi adlı qrup yaradılmışdır.
    Tədbirlər müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. 
    “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi


    PAYLAŞ:

    Oxşar xəbərlər