Məktəblərdə 5 günlük payız tətili olacaq - TARİXLƏR

Məktəblərdə 5 günlük payız tətili olacaq - TARİXLƏR
  • Araşdırma / Sosial

  • Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. 

    Elm və Təhsil Nazirliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

    "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir" - deyə, nazirlik qeyd edib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər