Asiya.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mənanın atası, meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib.
Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib: "Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır".
Məna isə "Yuxuda "sudurqa" məni tutduğuna görə heç nə hiss etmirdim. Yuxudan ayıldırdılar, ayılırdım. Üç dəfə ara verə-verə "sudurqa"m oldu", deyib.