Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi
  • Manşet / Siyasət

  • Daxili işlər orqanlarında yeni təyinatlar olub.

    "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.

    Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər