Bill Qeytsin keçmiş köməkçisinin sərvəti təəccübə səbəb oldu

Bill Qeytsin keçmiş köməkçisinin sərvəti təəccübə səbəb oldu
  • İqtisadiyyat

  • "Microsoft”un təsisçisi Bill Qeytsin keçmiş köməkçisi Stiv Ballmer dünyanın 10 ən zəngin adamından biri olub. 

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Stiv Balmerin sərvəti Bill Qeytsə yaxınlaşıb.

    O, tezliklə xalis sərvətinə görə keçmiş müdirini üstələyə bilər. Stiv Ballmerin sərvəti bu il təxminən 29 milyard dollar artaraq 115 milyard dollara çatıb.
    Ballmerin keçmiş rəhbəri Bill Qeyts 121 milyard dollarla dördüncü yerdədir. Aralarında 6 milyard dollar fərq var.
    Balımer böyük sərvətini 1980-ci ildə "Microsoft”a ilk dəfə qoşulduğu zaman imzaladığı müqaviləyə borcludur. 
    "Forbes”in məlumatına görə, o, 1980-ci ildə şirkətə 30-cu işçi kimi qoşulduqda o, 50.000 dollarlıq baza maaşı və əldə edə biləcəyi mənfəət artımının 10%-i həcmində bonusla razılaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər