Asiya.az xəbər verir ki, böyük maraqla gözlənilən MMA üzrə turnir 4 noyabrda Milli Gimnastika Arenasında baş tutacaq. Turnirə dünyanın 13 ölkəsindən tanınmış peşəkar idmançılarla yanaşı, dünya şöhrətli yerli idmançılarımız da qatılacaq.
"Nar” turnirin əsas dəstəkçisi olmaqdan qürur duyur və bütün idmançılarımıza uğurlar arzulayır. Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi və RIZIN Döyüş Federasiyası, rəsmi promoteri Bakı Şəhər Halqası Əməliyyat şirkətidir.