Lənkəranda "Təmiz hava aylığı" ilə bağlı tədbir keçirildi - FOTOLAR

Lənkəranda "Təmiz hava aylığı" ilə bağlı tədbir keçirildi - FOTOLAR
  • Lənkəran / Sosial

  • Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə Lənkəranda "Təmiz hava aylığı" ilə bağlı tədbir keçirilib.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirdikləri tədbirlər zamanı atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.
    Bundan əlavə, profilaktik tədbirlər zamanı aşkarlanan digər qayda pozuntuları ilə bağlı dövlət yol polisi əməkdaşları tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunub.







    PAYLAŞ:

    Oxşar xəbərlər