Asiya.az xəbər verir ki, Şəhidin məzarı önünən əklil qoyan polis əməkdaşları onun əziz xatirəsini yad edib, ailəsinin qayğıları ilə maraqlanıblar.
Şəhid hərbi qulluqçunun Vətən müharibəsindəki döyüş yolunun, igidlik və qəhrəmanlıqlarının gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.
O.Babayevin valideynləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.