Asiya.az xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.