Fərqanə Qasımova: "Biz iki canda bir ruhu daşıyırıq"

Fərqanə Qasımova: "Biz iki canda bir ruhu daşıyırıq"
  • Mədəniyyət

  • Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova  atası ilə bağlı açıqlama verib.

    Asiya.az xəbər verir ki, əməkdar artist "sizə ustad Alim Qasımov, yoxsa ata Alim Qasımov daha yaxındır?" sualına maraqlı cavab verib:

    "Əvvala Alim müəllimlə biz ki, duet oxuyuruq, bu, çox çətin bir məsələdir. İki canda bir ruhu daşımaqdır. Əgər orda atalıq məhəbbəti, atalıq sevgisi olmasa, bu sənət heç vaxt əmələ gələ bilməz, yanında hansı sənətkar olursa olsun. Allah bizdə o qədər zərif, incə məqamlarla ata-bala mövzusunu işləyib ki, əlhəmdülillah, biz ağızımızı açanda bir duet yaranır. O həm daxili enerjidir, həm də muğamın sirləridir ki, Alim Qasımov mənə öyrədib. Muğamın sirlərini bilməsəm o sirləri ötürə bilmərəm, içimdə ata-bala sevgisi olmasa idi o sirləri ötürə bilmərəm. Bu da Allahın bir nizamı olduğundan mükəmməl bir forma alıb".
    PAYLAŞ:

    Oxşar xəbərlər