Tribunainfo.az-a şikayətini bildirən Bədəlova Kamilə xanım bildirir ki, keçən il188 Yükdaşıma Xidməti-nə müraciət edib.
Rəşid Behbudov küçəsindən Yasamala daşınan əşyaların çoxusu sındırılmış halda olub.
Şikayətçi bildirir ki, “çox səs-küy qaldırmadım, bəzi əşyaları, çılçıraq, cızılmış mebeli düzəltdilər lakin 3 qapılı şkafın bir hissəsi boydan-boya güzgülü idi. Güzgünü qırıq-qırıq etmişdilər. Müraciətimdən sonra gəlib apardılar. Və mənə dedilər ki, 3 ay ərzində sınan güzgünü düzəldəcəyik. Artıq noyabr ayı idi. Üstündən 4 ay keçdi. Mart ayında mən özüm müraciət etdim və mənə dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Hər dəfə mən zəng etdikdə söz verirlər, lakin aldadırlar. Daha sonra mən yükdaşıma xidmətində problemlərə baxan şöbə müdiri Səfər bəylə əlaqə saxladım. Fikirləşdim ki, məsul şəxs olduğu üçün problemimi qısa zamanda həll edəcək. Səfər bəylə də eyni telefon zəngləri, yola vermələr və beləliklə 3 ay keçdi. Axırda mən bildirdim ki, sınmış qapının yerini mənə deyin mən özüm gedim düzəltdirim. Nə sınığı verirlər nə də düzəltdirib verirlər”.
“Buna görə də son olaraq onu demək istəyirəm ki, 188 Yük Taksi xidmətindən istifadə etməklə yük daşımaq çox risklidir, çünki böyük məbləğdə ziyana uğraya bilərsiniz”.
Mövzu ilə bağlı Tribunainfo.az olaraq 188 Yük Taksisi ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışdıq. Səlahiyyətli şəxslər şikayətin mediada işıqlandırılmasının əleyinə oldular. Jurnalistlərin şikayət xəbərləri hazırlamasına etiraz etdilər.