AYB 21 mənzili hansı MTK ilə gizli sövdələşmədə əldə edib və bu detal niyə gizli saxlanılır?..

AYB 21 mənzili hansı MTK ilə gizli sövdələşmədə əldə edib və bu detal niyə gizli saxlanılır?..
  • İqtisadiyyat / Araşdırma

  • Azərbaycan Yazıçılar Birliyində növbəti biabırçı ev qalmaqalı yaşanır. Çox sakit şəkildə, cəmiyyətə heç bir məlumat vermədən qurumun 21 üzvünə mənzil paylanıb. Məhz həmin qurumun təmsilçiləri iddia edirlər ki, evlər həqiqətən ehtiyacı olanlara deyil, dövlətdən bir neçə dəfə mənzil alanlar və AJB rəhbərliyinə yaxın olan şəxslər arasında bölüşdürülüb. Dünəndən bəri, illərdi kirayələrdə yaşayan AJB-nin üzvü, tanınmış tərcüməçi Sevil Gültən bu barədə çoxsaylı, narazılıq ifadə edən məzmunlu statuslar yazır.

    Asiya.az xəbər verir ki, onlardan birini də, xanım tərcüməçiyə istinadən Azinforum.az saytı paylaşıb.

    "Yazıda adı ev alan kimi çəkilən və AYB rəhbərliyində kiminsə yaxın qohumu olan bir xanım bizimlə əlaqə saxlayıb: “təcili həmin yazını silin, yoxsa sizdən şikayət edəcəm”, hədəsini gəldi. Yazının müəllifinin olduğunu, zəng vuranın da mövqe bildirmək haqqını tanıdığımızı yazıçı xanıma izah etdik. Həmçinin istənilən instansiyaya şikayət etməyin də vətəndaşın hüququ olduğunu bildirdik.
    Mövzu mənə həm də ona görə maraqlı gəldi ki, bu ilin yayında AYB üzvlərinə mənzil tikildiyi ilə bağlı məlumat almışdım. Həmin binanın hansı ünvanda tikildiyi ilə maraqlanmaq qərarına gəldim. Hiss etdim ki, AYB üzvləri və qurumun rəhbərliyi bu mövzudan maksimum yayınmağa çalışır.
    Uzun dirənişdən sonra qurumun rəsmilərindən birindən öyrənə bildim ki, sən demə, dövlət AYB-yə ev tikmək üçün paytaxtın “Heydər Məscidi”nə yaxın ərazidə torpaq ayırıb, lakin yazıçıların ev tikməyə pulları olmadığı üçün (?) həmin yeri veriblər (ola bilər satıblar-M.Q) hansısa mənzil tikən MTK-ya. Qurumun rəsmisi həmin vaxt prosesi belə izah etdi ki, MTK da verilən torpağın müqabilində yazıçılara pulsuz ev verəcək. İndi məlum olur ki, AYB həmin ərazini 21 mənzillə əvəzləşdirib. Az deyilmi?

    Ünvanı mənə demədikləri üçün həmin araşdırmanı sona çatdıra bilmədim. Proseslərin gedişi, bu məsələnin maksimum konspirativ saxlanması onu deməyə və şübhələnməyə əsaa verir ki, mənzilləri tikən MTK ilə AYB arasında şəffaf olmayan bir razılaşma olub. Çox maraqlıdır, AYB kimi cəmiyyətin gözü qarşısında olan qurum niyə kimlərin və hansı əsaslar, meyyarlar əsasında ev aldığı , bu müqaviləni hansı MTK ilə bağladıqları haqda rəsmi mövqeyini açıqlamır?

    Qurumun daxilindən bizə kimlərin mənzil əldə etdikləri ilə bağlı bir siyahı ötürülüb. Həmin siyahını da izləyicilərin diqqətinə çatdırırıq. Siyahıda adları keçən hər bir şəxs bizə mövqeyini açıqlaya, mənzil alıb-almadığı barədə məlumat verə bilər.
    Məhəmmədəli Qəribli
    AZİNFORUM.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər