Bəhram Bağırzadə: “Hər şey ailədən başlayır”

Bəhram Bağırzadə: “Hər şey ailədən başlayır”
  • Mədəniyyət

  • Əməkdar artist Bəhram Bağırzadə "Niyə bizim millət kitab oxumağı sevmir?” sualına özünəməxsus cavab verib.

    Asiya.az xəbər verir ki, onun sözlərinə görə hər şey ailədən başlayır:

    "Millət sözündən çox qorxuram və millətin adından danışmaq istəmirəm, o ixtiyarım da yoxdur. Bir nəfər mənə sual verdi ki, Bəhram niyə bu qədər kitab çap edirsən, nəyə lazımdır? Mənim uşaqlarım oxumur, amma bilmirəm niyə oxumurlar. Mən də ona sual verdim ki, siz özünüz evdə mütaliə edirsiniz? Deyir yox. Üzr istəyirəm bəs xanımınız? Yox. Onda siz niyə gözləyirsiniz ki, sizin uşaqlarınız kitab oxusun?”

    Daha sonra Bəhram Bağırzadə öz ailəsindən misal gətirib:

    "Mənim övladlarım mütaliə edir, kitab oxuyurlar. Çünki evə gələndə görürlər ki, ata kitab oxuyur, ana kitab oxuyur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər