Cəlilabadda polislər Ulu öndərin 100 illiyi münasibətilə ağac əkdilər - FOTO

Cəlilabadda polislər Ulu öndərin 100 illiyi münasibətilə ağac əkdilər - FOTO
  • Cəlilabad / Sosial

  • Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.

    DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyada RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər

    Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.



    PAYLAŞ:

    Oxşar xəbərlər