Lənkəran mətbəxində yenilik

Lənkəran mətbəxində yenilik
  • Lənkəran / Sosial

  • Lənkəran mətbəxinə iki yeni yemək daxil olub.
    Asiya.az Azərtac-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin mətbəx ustaları tərəfindən “Lanver 457” və “Balqabaq çubuqları” təqdim olunub. Belə ki, “Lanver 457” ana yemək, “Balqabaq çubuqları” isə desertdir. Ana yeməyin hazırlanması 20-25 dəqiqəyə başa gəlir və bunun üçün can əti, nar, kartof, badımcan, soğan, eləcə də ədviyyatlardan duz, istiot, kəklikotu, sumaq lazımdır. “Balqabaq çubuqları”nın hazırlanmasına isə təxminən 7-8 dəqiqə vaxt lazım olur. Bunun üçün ilk olaraq balqabaq “barmaq” formasında dilimlənir və əvvəlcədən hazırlanan sous, pudra və suxariyə salınır.
    Qeyd edək ki, verilən məlumata görə, “Lanver 457” və “Balqabaq çubuqları” adlarına bundan sonra Lənkəran mətbəxində rast gəlmək mümkün olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər