Masallıda şəhid atası vəfat etdi

Masallıda şəhid atası vəfat etdi
  • Sosial

  • Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib.

    Asiya.az xəbər verir ki, şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

    Qeyd edək ki, 2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər