Nostradamusdan 2024-cü illə bağlı qorxunc proqnoz: Aclıq, quraqlıq...

Nostradamusdan 2024-cü illə bağlı qorxunc proqnoz: Aclıq, quraqlıq...
  • Maraqlı

  • Fransız astroloq Nostradamusun 2024-cü il üçün proqnozları dərc olunub.
        
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, 1555-ci ildə nəşr olunan və o vaxtdan bələdçi kimi istifadə edilən "Peyğəmbərliklər" kitabı ilə tanınan kitabda 942 proqnoz var.
     
    Adolf Hitlerə, Con Kennedinin öldürülməsinə, 11 sentyabr hücumlarına və keçmişdə Covid-19 epidemiyasına dair proqnozlar verdiyi bildirilən Nostradamusun 2024-cü il üçün gözləntiləri diqqət çəkib.

    Nostradamusun proqnozlarını araşdıran Mario Ridinq Nostradamusun Kraliça Elizabetin ölümünü proqnozlaşdırdığını bildirib.
     
    Sənədlərdə "Adalar kralı zorla vəzifəsindən uzaqlaşdırılacaq” ifadəsi işlədilsə də, araşdırmaçı bunun yaxın zamanda taxta çıxan Kral Çarlzın vəzifədən uzaqlaşdırılması anlamına gələcəyini iddia edib.
     
    Digər tərəfdən, 2024-cü ildə diqqət yetirilməsi lazım olan bölgələrdən biri də  Nostrdamusun "Qırmızı düşmənlər qorxudan solğunlaşacaq, Sakit Okeanda təhlükə yaranacaq” xəbəri də dərc olunub. 

    Bu proqnozda Çinin "qırmızı düşmən” olaraq göstərildiyi iddia edilərkən, Çinin dənizdə döyüşə girə biləcəyi bildirilib. Son zamanlar Çin və Tayvan arasında gərginlik davam etsə də, Çinin dünyanın ən böyük donanmalarından birinə sahib olduğu da diqqət çəkib.

    Nostradamusun ən qorxulu proqnozlarından biri də qlobal iqlim böhranı ilə dünyanın yeni mərhələyə keçəcəyidir.

    Nostradamusun sənədlərində aşağıdakı ifadələr yer alıb: "Dünya tədricən quruyacaq və biz böyük daşqınlar görəcəyik. Aclıq və quraqlıq baş verəcək".

    O, dünyanı quraqlıq, meşə yanğınları və rekord həddə çatan yüksək temperaturla bürüyəcəyini proqnozlaşdırır.

    Nostradamus həmçinin katolik dünyasının 2024-cü ildə yeni Papa seçəcəyini təklif edib. 

    Bu sənədi təhlil edən ekspertlər bildirirlər ki, son vaxtlar səhhətində ciddi problemlərdən əziyyət çəkən 86 yaşlı Papa Fransiskin yerinə yeni Papa seçiləcək.
    Mikayıl
    PAYLAŞ:

    Oxşar xəbərlər