"Əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir” - Əliməmməd Nuriyev

"Əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir” - Əliməmməd Nuriyev
  • Manşet / Sosial

  • "Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı olub və bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. Eyni ildə növbəti əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir”.
     

    Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

    Son günlər gələn ilin fevral ayında növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələr aparılır. Məsələyə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, əlbəttə ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əfv sərəncamının olma ehtimalı mümkündür:

    "Çünki bir qayda olaraq, əfv sərəncamları mart ayında, Novruz bayramı ərəfəsində imzalanır. Mən istisna etmirəm ki, gələcəkdə belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti il üçün də əfv sərəncamının olma ehtimalı var”//Oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər