Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırıldı

Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırıldı
  • Masallı / Sosial

  • Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırılıb.

    Bu barədə Asiya.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara bölməsindən məlumat verilib.

    Daxil olan şikayət əsasında Masallı rayon sakini, fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilib. Baxış zamanı sexdə sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

    Bundan əlavə, kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər