Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO

Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO
  • Masallı / Hadisə

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

    Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat zamanı isə Masallı şəhər sakini İ.Əlizadə saxlanılıb. Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb.
    Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər