Azərbaycanda Prezident seçkilərində bu şəxslər namizəd olacaq - TAM SİYAHI

Azərbaycanda Prezident seçkilərində bu şəxslər namizəd olacaq - TAM SİYAHI
  • Araşdırma / Siyasət

  • Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb.

    Asiya.az
    xəbərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;
    Qeyd edək ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
    Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər