Masallıda 4 azyaşlının yaşadığı ev yandı - FOTOLAR

Masallıda 4 azyaşlının yaşadığı ev yandı - FOTOLAR
  • Masallı / Sosial

  • Masallı şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı ev yanıb.

    Asiya.az xəbər verir ki, bu gün səhər saatlarında 1986-cı il təvəllüdlü Ağayeva Maya Məhəmməd qızına məxsus evin 1 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

    Evin yanmasına səbəb odun sobasının alışması göstərilir. 

    Bir ana, 4 azyaşlı uşağın yaşadığı ev hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Ailə üzvləri müvəqqəti yaxın qohumlarının evinə yerləşiblər. 



    PAYLAŞ:

    Oxşar xəbərlər